İrqçilik etdilər, göz yaşlarını saxlaya bilmədi FOTOLAR

11:16 - 20 Fevral 2017

Serbiya Super Liqasının 22-ci turunda keçirilən "Rad" - "Partizan" matçında (0:1) xoşagəlməz hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, qonaqların futbolçusu Everton Luis yerli azarkeşlər tərəfindən irqçi şüarlara məruz qalıb. Oyun başa çatdıqdan sonra isə braziliyalı yarımmüdafiəçi göz yaşlarına hakim ola bilməyib.

 

28 yaşlı futbolçunu sakitləşdirmək elə də asan olmayıb. Matçdan sonra açıqlama verən oyunçu bunları bildirib: "Serbiyada özümü evimdəki kimi his edirəm. Ancaq 90 dəqiqə mənə irqçi şüarlar səsləndirildi. Bu səbəbdən də oyunun sonlarında göz yaşlarımı saxlaya bilmədim. Xahiş edirəm, irqçiliyə "yox" deyin".

 

Qeyd edək ki, Everton Luis ötən ildən "Partizan"da çıxış edir.

 

Xəbər xətti