Renat Dadaşov 90 dəqiqə oynadı

12:12 - 20 Fevral 2017

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 17-ci turun oyunları keçirilib. Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçis doğma meydanda "Qroyter Fyurt" ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Dadaşov sona qədər meydanda olub.

 

Qeyd edək ki, “Ayntraxt” 24 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti