"Fənərbaxça"da Volkan şoku

16:58 - 23 Fevral 2017

Avropa Liqasının 1/16 final mərhələsinin "Krasnodar"la cavab matçında zədələnən "Fənərəbaxça"nın qapıçısı Volkan Dəmirəlin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi tibbi müayinədən keçib. Onun durumunun ciddi olduğu məlum olub. Belə ki, sağ arxa əzələsində yırtıq aşkarlanan 36 yaşlı qolkiper 1 ay yarım yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Krasnodar" qarşılaşması 1 - 1 hesablı bərabərliklə başa çatmışdı.

Xəbər xətti