"Osmanlıspor"un Avropa macərası başa çatdı VİDEO

22:51 - 23 Fevral 2017

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Türkiyənin "Osmanlıspor" klubu doğma meydanda "Olimpiakos"u qəbul edib. Qarşılaşma qonaqların 3 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu komandalar arasındakı ilk oyunda 0 - 0 hesablı bərabərlik qeydə alındığı üçün Yunanıstan təmsilçisi adını Avroliqanın 1/8 final mərhələsinə yazdırıb.

 

"Osmanlıspor" - "Olimpiakos" 0:3

QOLLAR: Karim Ansarifard, 47, 86, Tarik Əlyunussi, 70

 

 

Xəbər xətti