"Zirə" "Sumqayıt"la matça itkilərlə çıxacaq

18:24 - 25 Fevral 2017

Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında "Sumqayıt"ı qəbul edəcək "Zirə"nin heyətində itkilər var.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov "gənclik şəhəri" təmsilçisi ilə qarşılaşmada 3 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

 

Söhbət komandanı əsas üzvü olan Anar Nəzirov və yeni transferlər Akim Latifu ilə Ben Sanqardan gedir. Nəzirov cəzalı durumda olduğu üçün "Sumqayıt"a qarşı oynamayacaq. Akim Latifu isə "İnter"lə ötən oyunda aldığı zədə üzündən matçı buraxmalı olacaq. Məşqçilər korpusu zədədən yeni qayıdan Ben Sanqaranı isə meydana buraxmaqda risk etmir.

 

Qeyd edək ki, Zirə İdman Kompleksində baş tutacaq "Zirə" - "Sumqayıt" matçı fevralın 27-də saat 18.00-da start götürəcək.

Xəbər xətti