Ramil Şeydayev "Jilina"da debüt etdi

22:22 - 26 Fevral 2017

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Slovakiyanın  "Jilina" klubunun heyətində debüt edib. 

 

Sportal.az xəbər verir ki, gənc hücumçu ölkə çempionatının XXI turunda baş tutan "Jilina" - "Moravçe" oyununda 14 dəqiqə meydanda olub. Belə ki, matça ehtiyat oyunçular skamiyasında başlayan forvard 76-cı dəqiqədə meydana daxil olmaq şansı qazanıb. 

 

Qarşılaşma "Jilina" komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri qollarından ikisini Ramil meydana daxil olduqdan sonra vurub. 

 

Qeyd edək ki, hazırda aktivinda 44 xal olan "Jilina" turnir cədvəlində ilk pillədə qərarlaşıb. 

Xəbər xətti