Mario Qötse millimizlə oyunda iştirak etməyəcək

12:26 - 1 Mart 2017

Almaniya millisinin və Dortmund “Borussiya”nın üzvü Mario Qötse bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Sportal.az xəbər verir ki, müxtəlif zədələrə görə fevralın əvvəlindən şans qazanmayan Qötsedə maddələr mübadiləsinin pozulduğu aşkarlanıb. 

 

“Sarı-qaralar”ın idman direktoru Mixael Zork 24 yaşlı futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

 

Qeyd edək ki, Qötse “Bavariya”dan doğma klubu “Borussiya”ya qayıtdıqdan sonra cəmi 11 oyunda şans qazanıb.

 

Xatırladaq ki, Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti