Bonuççi "Yuventus"un futbolçularına qonaqlıq verdi FOTO

17:23 - 8 Mart 2017

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi komandanın baş məşqçisi Massimiliano Alleqri ilə barışıb.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin üzvü Allqeridən üzü istəyib və baş məşqçi də onun üzrxahlığını qəbul edib. Təcrübəli futbolçu bu münasibətlə komanda yoldaşlarına qonaqlıq verib.

 

Qeyd edək ki, bir müddət əvvəl Alleqri ilə mübahisə edən müdafiəçinin Turin təmsilçisindən ayrılacağı gözlənilirdi.

 

Xəbər xətti