"Qalatasaray"ın baş məşqçisi cəzalandırıldı

19:19 - 9 Mart 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın baş məşqçisi İqor Tudor cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, Türkiyənin Futbol Federasiyasının İntizam Komitəsi  xorvat mütəxəssisə 1 oyunluq cəza verib. Baş məşqçi “Gənclərbirliyi”nə qarşı keçiriləcək matçda paltar dəyişmə otağına daxil ola və ehtiyyat skamyasında əyləşə bilməyəcək.

 

Xatırladaq ki, keçən tur “Antalyaspor”a qarşı keçirilən matçda Tudor 4-cü hakimə etirazını bildirdiyinə görə baş hakim tərəfindən tribunaya göndərilmişdi.

Xəbər xətti