Azərbaycanda oynamış futbolçu Belarus klubunda

12:31 - 11 Mart 2017

Bir vaxtlar ölkəmizdə top qovan Ruslan Zubkov özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı futbolçu karyerasını Belarusda davam etdirəcək. Təcrübəli futbolçu sözügedən ölkənin “Neman” klubuna keçib. O, mövsümün sonuna qədər yüksək liqa təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Zubkov ölkəmizdə AZAL, “Turan” və “Araz Naxçıvan” kimi komandalarda forma geyinib.

Xəbər xətti