Dəniz Yılmaz yenidən "Bursaspor"un start heyətində

16:30 - 11 Mart 2017

Türkiyə Super Liqasında 24-cü turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komndamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Osmanlıspor"un qonağı olacaq.

 

Artıq bu görüşdə komandaların meydana çıxacağı heyətlər müəyyənləşib. Bir neçə matçdır cəza səbəbindən heyətdən kənarda qalan Dəniz Ankara təmsilçisi ilə oyunda start heyətdə yer alacaq.

 

Qeyd edək ki, "Osmanlıspor" - "Bursaspor" qarşılaşması Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Xəbər xətti