Dəniz Yılmaz: "Bizim üçün önəmli olan qarşıdakı oyunlarımızdı"

14:02 - 12 Mart 2017

“Qələbə qazana bilmədiyimizə görə çox üzüldüm.  Yaxşı mübarizə aparsaq da, qələbə hesabını qoruya bilmədik”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaza məxsusdur. 

 

Bursa təmsilçisi Türkiyə Superliqasının XXIV turunda səfərdə “Osmanlıspor”la heç-heçə (1:1) edib.  Komandasının yeganə qolunun müəllifi olan hücumçu oyundan sonra fikirlərini bildirib. 

 

Millimizin forvardı hesabdan nəticədən razı qalmadığını deyib:

 

“Osmanlıspor” yaxşı komandadı. Onların meydanında hesabda önə keçmək asan iş deyil. Biz üstünlüyümüzü 85-ci dəqiqəyə qədər qoruya bildik. Əlbəttə, bu hesabdan razı qalmamışıq. Son dəqiqələrdə qol buraxmaq hər kəsi üzdü. Amma bu oyunu unutmalıyıq. Hazırda bizim üçün önəmli olan qarşıdakı oyunlarımızdı. Növbəti turda öz meydanımızda qələbə qazanmaq istəyirik”

Xəbər xətti