Türkiyə millisi iki yoxlama matçı keçirəcək

00:56 - 15 Mart 2017

Türkiyə millisi iki yoxlama matçında qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, qardaş ölkə təmsilçisinin rəqibləri Finlandiya və Moldova yığmalarıdı. Hər iki qarşılaşma Türkiyədə baş tutacaq.

 

Finlandiya ilə görüş martın 24-də Antalyada keçiriləcək. Bundan 3 gün sonra Fatih Terimin yetirmələri Əskişəhərdə Moldova millisi ilə qarşılaşacaq.

Xəbər xətti