Millimizin üzvləri uşaq zorakılığına "yox" dedi VİDEO

12:46 - 16 Mart 2017

AFFA və UNİCEF yeni layihəyə start verib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, əməkdaşlıq UNİCEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir. 
 
Layihənin əsas şüarı olan “Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır. Kampaniya çərçivəsində üç futbolçunun iştirakı ilə sosial videoçarx çəkilib.
 
Çəkilişdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvlər Elvira Əsgərzadə və Həqiqət Qasımova, “Qarabağ”ın və Azərbaycan milli komandasının oyunçuları Maksim Medvedevlə Qara Qarayev iştirak ediblər. Videoçarx AFFA-nın martın 15-də keçirilmiş Hesabat Konfransında UNİCEF nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş olunub.
 
Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situasiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.

 

Xəbər xətti