"Beşiktaş"ın Əmrə Mor planı

15:49 - 23 Mart 2017

Dortmund “Borussiya”sı türkiyəli futbolçusu Əmrə Moru icarəyə verməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan xəbərə görə, Super Liqanın lideri “Beşiktaş” 19 yaşlı futbolçunu 1 illik icarəyə götürməyi planlaşdırır.

 

Məlumatda bildirilir ki, Mor Dortmund təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün "Beşiktaş"a gəlməyə razıdır.

 

“Borussiya” rəhbərliyinin isə gənc futbolçunun Çempionlar Liqasında çıxış edəcək klublardan birinə icarəyə verərək, təcrübə toplamasının tərəfdarı olacağı gözlənilir.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan gənc oyunçu 2016-ci ildən "Borussiya"da çıxış edir.

Xəbər xətti