Totti: "Real"a transfer olmaq üzrə idim"

14:55 - 24 Mart 2017

"Roma"nın canlı əfsanəsi Françesko Totti maraqlı açıqlamaları ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı ulduz oyunçu gələcək planlarından danışıb: "Qarşımda 3 seçim var - burada futbol karyerama davam etmək, "Roma"da idarəçi olmaq, və ya futboldan kənar başqa işlə məşğul olmaq. Agent də ola bilərəm. Amma baş məşqçiliyi əsla düşünmürəm. Əslində, qərarımı vermişəm. Bunun üçün may və iyun aylarını gözləyirəm".

 

Totti müsahibə zamanı səmimi etiraf da edib. O, bir vaxtlar "Real"a keçə bilərmiş:

 

"İllər öncə "Real"a transfer olmaq üzrə idim. Ancaq sonradan düşünüb qərar verdim. Nəticədə "Roma"da qalmağa üstünlük verdim. Braziliyalı Ronaldo ilə oynayıb, Çempionlar Liqasını qazana bilərdim. Amma qərarıma görə əsla peşman deyiləm".

Xəbər xətti