Şahin Diniyev: "Almaniya bizdən həm kağız üzərində, həm də meydanda güclüdü" MÜSAHİBƏ

11:45 - 25 Mart 2017

Millimizin sabiq baş məşqçisi, hazırda "Kəpəz"i çalışdıran Şahin Diniyev Sportal.az saytına müsahibə verib.

 

- Oğlunuz Coşqun Diniyev milliyə dəvət almadı. Sizcə, Coşqun hansı zəif cəhətlərinə görə yığmaya dəvət almayıb?
- Yəqin ki, hansısa səbəblərə görə Coşqun Diniyev milliyə dəvət almayıb. Məncə, Coşqun aşağısı milliyə dəvət ala bilər. Hər bir futbolçuda zəif cəhət ola bilər. Böyük futbolçu kimi fiziki qüvvəsi hələ yetərli deyil. Amma ağıl cəhətdən yaxşıdı. Məncə, dəvət ala bilərdi. Amma görünür tam oturuşmayıb. Necə deyərlər, böyük futbol üçün kişiləşməyib. Coşqunun inciməyə haqqı yoxdu, bir zaman onun da vaxtı gələr.


- Coşqundan başqa Nizami Hacıyev, Tellur Mütəllimov və digər futbolçular da yaxşı formada olsalar da, yığmaya dəvət almadı. Buna münasibətiniz necədi?
- Hər bir məşqçinin futbola baxışı fərqli olur. Əgər məşqçi uğur qazanırsa, haqlı çıxır. Ümumiyyətlə bu, hər yerdə belədi. Məşqçi də 200 oyunçu arasında seçim edir. Futbolçunu da qınamaq olmaz. Əziyyət çəkir, çalışır və millidən dəvət gözləyir. Hər kəs zamanı gözləməlidi.

 

- Prosineçki milliyə gələndə bildirmişdi ki, milliyə klubunda oynayan oyunçuları dəvət edəcəm. Amma indi belə deyil. Klubunda ehtiyatda qalan oyunçular yığmaya çağırılır.
- Bu, mənə aid olan sual deyil. Öz fəlsəfəsini icra edə bilən futbolçular var. Elə oyunçular olur. Yaxşı olardı ki, bunu Prosineçkinin özündən soruşsunlar. Onun əvəzinə cavab verə bilmərəm. 

 

- Millinin məşqçiləri “Kəpəz”dən hansısa futbolçu ilə maraqlanıblar? Siz hansı oyunçunu yığmaya layiq görürsüz?
- Məndən heç kim soruşmayıb. Özümü yuyulmamış qaşıq kimi də ortaya ata bilmərəm ki, məndə filan oyunçu var. Soruşsalar, hansısa futbolçulardan danışa bilərəm.

 

- Belə çıxır ki, “Kəpəz”dən yığmaya layiq olan futbolçu yoxdu?
- Bunu deyə bilmərəm, kiminsə gözündə ola bilər ki, layiq olan olmasın. Bəlkə də, bir çoxları fərqli düşünür ki, “Kəpəz”dən yığmaya layiq olanlar var. Millidə 11 nəfər oynayır, məhdudiyyət var. Hamını birdən çağıra bilməz. Millini vacib oyun gözləyir. Ordakı oyunçulara hörmət edib dəstək olmaq lazımdı. Həmin matçdan sonra bu haqda danışmaq olar. 

 

- Millimiz sabah Almaniya yığması ilə qarşılaşacaq. Yığmadan nə gözləyirsiz?
- Almaniya adı gələndə hər şey məlum olur. Son dünya çempionlarına nəinki Azərbaycan, bir çok ölkələr tab gətirə bilməz. Həm təcrübə, həm də ustalıq səviyyəsi var. Müdafiədə oturmaq istəməsək də, məcbur oturacağıq. Almaniya bizdən həm kağız üzərində, həm də meydanda güclüdü.

Xəbər xətti