Qurban Qurbanovdan Volkan Dəmirəl açıqlaması

21:28 - 30 Mart 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov adı Ağdam klubu ilə hallanan “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəllə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli baş məşqçi 25 yaşlı qapıçı üçün İstanbul klubuna təklif göndərmədiklərini söyləyib:

 

"Mənim belə şeydən məlumatım yoxdu. Bizim tərəfdən "Fənərbaxça"ya təklif olmayıb".

 

Qeyd edək ki, Türkiyə mətbuatı "Qarabağ"ın Volkan Dəmirələ 2 illik müqavilə təklif etməsi haqda məlumat yaymışdı.

 

Əlavə edək ki, Volkanın "Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatır və istanbul klubu təcrübəli əlcək sahibinə yeni sözləşmə təklif etməyib.
 
Xatırladaq ki, 35 yaşlı qapıçı 2002-ci ildən "Fənərbaxça"da çıxış edir.

Xəbər xətti