"Səbail"in zədəliləri məşqlərə başladı

17:11 - 3 Aprel 2017

"Səbail"in müdafiəçiləri Qvanzav Maqomedov və Eltun Yaqublu artıq zədələrini sağaldırlar.

 

Sportal.az xəbər verir ki, I Divizionun 14-cü turda "Mil-Muğan" matçının ikinci hissəsində zədələnən Qvanzav Maqomedov və 17-ci tur qarşılaşmasında "Göyəzən"lə oyunöncəsi məşqlərin birində sıradan çıxan Eltun Yaqublu bərpa prosesini başa vurublar. "Aslanlar" aprelin 1-dən etibarən yüngül məşqlərə start veriblər.

 

Onların aprelin 14-ü "Zaqatala" ilə səfər qarşılaşmasında meydana çıxıb-çıxmayacaqları hələ ki dəqiq bilinmir.

Xəbər xətti