"İnter" "Qəbələ" ilə matça 3 itki ilə çıxacaq

13:56 - 5 Aprel 2017

"İnter" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə "Qəbələ"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "bankirlər" bu matça ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın əsas qapıçısı Səlahət Ağayev zədə səbəbindən meydana çıxa bilməyəcək.

 

Zaur Svanadze müdafiəçi Abbas Hüseynovun da xidmətindən yararlana bilməyəcək. Zədəsini sağaldan futbolçu hələ formada deyil. Bundan başqa cəzalı olan Tərlan Quliyev də paytaxt təmsilçisinə kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "İnter" qarşılaşması bu gün saat 16:30-da start götürəcək.

Xəbər xətti