Millimizin futbolçusunun aylıq maaşı açıqlandı

18:01 - 5 Aprel 2017

Hollandiyanın “Feyenoord” klubundan “Bursaspor”a transfer olunan 21 yaşlılardan ibarət millimizin üzvü Ozancan Kökçünün aylıq maaşı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, yaydan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq gənc futbolçu ayda 25 000 TL (11 667 AZN) qazanacaq.

 

Bunu Türkiyə mətbuatına açıqlamasında “yaşıl timsahlar”ın prezidenti Ali Ay deyib: “Biz Ozancan üçün “Feyenoord”a heç bir məbləğ ödəməyəcəyik. Bütün məsələləri futbolçunun atası həll edib. Kökçü komandamızda aylıq 25 000 TL alacaq. Bundan başqa, hər oyuna, hər qələbəyə görə bonuslar da olacaq”.

 

Qeyd edək ki, Ozancan Kökçü “Bursaspor”la 4 illik müqavilə imzalayıb.

Xəbər xətti