Azərbaycanlı futbolçunu Türkiyədə aldatdılar

00:55 - 7 Aprel 2017

Türkiyənin həvəskarlar liqasında çıxış edən "Çəngəlköyspor"un azərbaycanlı futbolçusu İlham Allahverdiyev xoşagəlməz durumla qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, vaxtı ilə futbol üzrə Azərbyacan çempionatının birinci divizionunda bombardir olmuş hücumçunu komanda yoldaşı aldadıb.

 

Belə ki, "Neftçi"nin yetirməsindən 30 min türk lirəsi alan Mustafa Taşkın sonradan yoxa çııxıb. Türkiyə mətbutının yaydığı xəbərə görə, İlhamla birlikdə komanda yoldaşı Burak Balamandan da borc alan futbolçudan xəbər yoxdu.

 

Klubdan isə bildiriblər ki, "atanşik" adı qazanan futbolçu bukmeker həvəskarıdır və uzun müddətdi o, bu işlə məşğul olur.

Xəbər xətti