12 nəfərlə oynadılar, hakimi azarkeşlər oyatdı

18:20 - 11 Aprel 2017

Çinin ikinci liqasında keçirilən "Beijinq Renhe" - "Boadinq Ranqa" matçında maraqlı anlar yaşanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Zhen Vei birincilərin meydanda 12 futbolçu ilə mübarizə aparmasının fərqinə varmayıb.

 

Məsələ burasındadı ki, matçın sonlarına yaxın "Beijinq Renhe"nin üzvü Rao Veihui zədələnib. Bu zaman müalicəsi meydandan kənarda davam etdirilən oyunçu digər komanda yoldaşı ilə əvəzlənib. Ancaq ilkin tibbi yardım alan futbolçu əvəzləndiyinin fərqinə varmayıb və yenidən meydana daxil olub.

 

Bundan sonra "Beijinq Renhe" 12 nəfərlə mübarizə aparıb. Ancaq 40 saniyə sonra azarkeşlərin xəbərdarlığı nəticəsində hakim durumun fərqinə varıb.

Xəbər xətti