"Neftçi" legioneri ilə yolları ayıracaq

11:47 - 12 Aprel 2017

Mövsümün sonunda "Neftçi"dən göndəriləcək futbolçulardan birinin adı məlum olub.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, bu, braziliyalı müdafiəçi Jayro Rodrigesdi. Elxan Abdullayev yeni mövsüm üçün planlaşdırdığı heyətdə legioner futbolçunu düşünmür.

 

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

Xəbər xətti