"Ozancanın komandamıza fayda verəcəyinə inanırıq"

11:57 - 12 Aprel 2017

Türkiyənin  "Bursaspor" klubunun vitse-prezidenti Ali Adəmoğlu millimizin futbolçusu Ozancan Kökçünün transferindən danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvünün xidmtində başqa klubların maraqlı olmasından narahat olmadıqlarını dilə gətirib. Adəmoğlu, Köçü ailəsinin seçiminin də "Bursaspor" olduğunu deyib:

 

"Kökçü ilə digər klubların maraqlanmasına fikir vermirik.  Onun ailəsi də bizi seçdi. "Bursaspor"un gənclərə qiymət verdiyini bilərək bizə gəldi. Transfer xeyirli olsun. Kökçünün komandamıza fayda verəcəyinə inanırıq".

 

Qeyd edək ki, millimizin digər üzvü Dəniz Yılmaz da "Brsaspor"da çıxış edir.

Xəbər xətti