Bruma Türkiyə millisində?

"Qalatasaray"ın futbolçusu Bruma Türkiyə millisinin formasını geyinə bilər. 

 

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliyanın "O Jogo" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Fatih Terimin dönəmində "Qalatasaray"a transfer edilən futbolçu ilə bağlı Türkiyə Futbol Federasiyası FİFA-ya müraciət edəcək. Əgər FİFA razılıq versə, Bruma gələn ildən etibarən Türkiyənin əsas yığmasına dəvət alacaq. 

 

Qeyd edək ki, Portuiqaliyanın 21 yaşlılardan ibarət millisinin üzvü 2013-cü ildən "Qalatasaray"da çıxış edir. Qaydalara görə, futbolçu 5 il oynadığı ölkənin yığmasını seçmək hüququna malikdir. 

Tarix: 12 Aprel [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2017
24  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio