"Milan" rəsmən çinlilərə satıldı

18:34 - 13 Aprel 2017

"Milan"ın çinli səhmdarlara satışı rəsmən yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, klub 740 milyon avro qarşılığında Çin şirkətinə satılıb.

 

Bu gün çinli iş adamları ilə klubun sahibi Silvio Berluskoni arasında müqavilə imzalanıb. Bununla da Berluskoninin “Milan”dakı 30 illik dönəmi başa çatıb.

 

Klubun yeni prezidenti çinli milyoner Yonqonq Li olacaq.

Xəbər xətti