Terri "Çelsi"dən gedir

00:29 - 18 Aprel 2017

"Çelsi"nin kapitanı Con Terri mövsümün sonunda komandanı tərk edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı London klubunun rəsmi saytı verib. Təcrübəli müdafiəçi ilə yeni müqavilə imzalanmayacaq.

 

Qeyd edək ki, Terri 1998-ci ildən "Çelsi"də çıxış edir. 36 yaşlı futbolçu "zadəganlar"ın heyətində meydana çıxdığı 713 oyunda 66 dəfə fərqlənib.

Xəbər xətti