Emin Mahmudov "Boavişta"dan ayrılır?

10:58 - 18 Aprel 2017

"Boavişta" Kamran Ağayevdən sonra milli komandamızın digər üzvü Emin Mahmudovla da yollarını ayırmaq istəyir.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin performansı Porto təmsilçisinin baş məşqçisi Migel Lealı qane etmir. Bu səbəbdən də azərbaycanlı futbolçu ilə yolların ayrılacağı gözlənilir.

 

Portuqaliyalı mütəxəssis "Boavişta"da növbəti mövsüm üçün yeni kollektiv formalaşdırmaq istəyir. Millimizin üzvü isə onun planlarına daxil deyil.

 

Qeyd edək ki, Emin Mahmudov "Boavişta"ya mövsümün əvvəlində Rusiyanın "Krılya Sovetov" klubundan transfer olunub. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurmağı bacarıb.

 

Xatırladaq ki, "Boavişta" milli komandamızın qapıçısı Kamran Ağayevlə də müqaviləyə xitam vermişdi.

Xəbər xətti