Pol Poqba: "Heç kim 120 milyon avroya dəyməz"

14:29 - 18 Aprel 2017

Fransa millisinin və "Mançester Yunayted"in futbolçusu Paul Poqba maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ulıduz oyunçu yığmadan komanda yoldaşı olan N’Qqolo Kante ilə müqayisə olunmasına münasibət bildirib:

 

"Düzdü, Kante dünya səviyyəsində möhtəşəm yarımmüdafiəçidi. Ancaq oyunun nəticəsinə təsir edə biləcək biri deyil. Ona görə də bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. Mən Kanteyə nisbətən daha çox qol vururam. Bir çox insan Kantenin də bunu edəcəyini söyləyir. Kante 11 oyunçunun yerinə qaçır, onun ən böyük özəlliyi budur. Topu 3 dəfə itirsə, 4 dəfə qazanır. Çox fərqlidir".

 

Bundan başqa Poqba futbolçulara görə ödənilən inanılmaz transfer haqqlarından da danışıb: "Hər kəs mənə görə ödənilən transfer haqqından danışır. Mən normal bir insanam. Fikrimcə, heç kim 120 milyon avroya dəyməz. Ötən illərə nəzər yetirəndə Neymar və Qaret Beyl inanılmazdı. Amma indiki durumda bunu doğru saymıram. Həddindən artıq çox transfer haqqı ödənilir. Hazırda 100-120 milyona dəyən heç bir futbolçu yoxdu".

 

Qeyd edək ki, Poqba "qırmızı-şeytanlar"a 120 milyon avroya transfer olunub.

Xəbər xətti