Prosineçki: "Kamran Ağayevin klubsuz qalmasında sizin də günahınız var"

14:40 - 22 Aprel 2017

“Birinci dəfə deyil ki, Kamran klubsuz qalır. Keçmişdə də belə problemlər olub. Sözsüz ki, qapıçının oynamaması problemdir”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə məxsusdur. Portuqaliyanın “Boavişta” klubundan qovulduqdan sonra klubsuz qalan Ağayev haqda danışan xorvatiyalı çalışdırıcı “çərçivə qoruyucu”su ilə tez-tez danışdığını deyib:

 

“Əlbəttə ki, Kamran Ağayevlə tez-tez danışıram. Onun tez-tez klub dəyişməsində, işsiz qalmasında sizin də günahınız var. Çünki belə məqamlarda ona dəstək olmursunuz”.

 

Qeyd edək ki, Ağayev “Boavişta”dan qovulduqdan sonra AFFA tərəfindən xüsusi nəzarətə götürülüb. O, hazırda millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında fərdi məşq edir.

Xəbər xətti