UEFA rəsmisi Pro kateqoriyası üçün Bakıda FOTOLAR

13:55 - 26 Aprel 2017

Bu gün AFFA-nın futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolph iştirakçılara uğurlar arzulayıb.

 

Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.

 

 

Xəbər xətti