"Sumqayıt"da yeni müqavilə

12:26 - 27 Aprel 2017

Heyətində islahatlara start verən "Sumqayıt" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" mövsümün əvvəlində "Qarabağ"dan heyətinə cəlb etdiyi Fərhad Vəliyevlə yeni müqavilə imzalayıb. Komandanın aparıcı üzvlərindən biri olan təcrübəli qolkiperlə müqavilə daha bir il uzadılıb. 

 

37 yaşlı qapıçı cari mövsümdə keçirdiyi 27 oyunda qapısından 34 qol buraxıb.

 

Qeyd edək ki, "Sumqayıt"ın 2-ci qapıçısı Tərlan Əhmədli ilə müqaviləni uzatmayacağı gözlənilir. Mehdi Cənnətovun gəlişindən sonra gənclər millimizin qapıçısı "Sumqayıt"ı tərk etmək niyyətindədir.

Xəbər xətti