Çempionlar Liqasında Madrid derbisi

10:00 - 2 May 2017

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, xəbər verir ki, ilk oyun günündə İspaniya klubları üz-üzə gələcək. Madrid təmsilçilərinin duelində “Real” öz meydanında “Atletiko”nu qəbul edəcək.

 

Hər iki komanda meydana ciddi itkilərlə çıxacacaq. “Real”da Beyl və Pepe,  “Atletiko”da isə  Xuanfran və Karraskonun zədə səbəbindən oynamayacaq.

 

23:45 Real Madrid - Atlétiko Madrid
Baş hakim:
Martin Atkinson
Yan xətt hakimləri: Stefen Çayld, Stüart Bart
Köməkçi hakimlər: Entoni Teylor, Maykl Oliver
Dördüncü hakim: Ceyk Kollin (hamısı İngiltərə)
Hakim-inspektor: Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: João Moraiş (Portuqaliya)

Xəbər xətti