Azərbaycan Kuboku: Biletlər satışda

17:12 - 3 May 2017

5 may saat 16:00-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək Azərbaycan Kubokunun final oyunu üçün biletlər dünəndən etbarən satışa çıxarılıb.

 

Sportal.az saytının məlumatına görə, Naxçıvanda satılacaq biletlərin qiyməti 1 manatdır.

 

Qeyd edək ki, finalda "Qarabağ" və "Qəbələ" üz-üzə gələcək. 

Xəbər xətti