Biro Jade: "Komandamızın gizlin lideri var, onu yuxudan ayıltmaq istəyirəm!" VİDEO

11:10 - 5 May 2017

Mayın 4-də "Futsal time" verilişinin xüsusi buraxılışı efirə gedib. Sportal.az xəbər verir ki, MYVİDEO kanalı vasitəsilə canlı yayımlanan verilişdə aparıcı Araz Əhmədovun qonaqları futzal üzrə yığma komandamızın baş məşqçisi Biro Jade və millimizin və "Araz" klubunun əsas qapıçısı Rövşən Hüseynli olub.

 

Bir saat ərzində onlara ünvanlanan sualları cavablandıran qonaqlar, maraqlı açıqlamalar da verib. Proqramda mövcud problemlərdən, 2018-ci ildə Sloveniyada baş tutacaq Avropa çempionatında iştirak edəcək yığmamızın perspektivlərindən söhbət açılıb.

 

-Braziliyalı mütəxəssis bitən müqaviləsi haqqında nə dedi?

-Millimizin qapıçısına kiminlə çıxış etmək daha rahatdır?

-Yerli futzalçılar haqqında baş məşqçi nə dedi?

-Rövşən Hüseynli hansı kluba azarkeşlik edir?

-Qapıçımız niyə xaricə yollanmır?

 

 

Qeyd edək ki, "Futsal time" proqramı MYVİDEO və SPORTFM kanalları, Myvideo.az, Sportfm.az və Milli.az saytları vasitəsilə yayımlanır.

 

Xəbər xətti