"Sumqayıt"da ayrılıq

16:47 - 7 May 2017

"Sumqayıt"ın heyətdən göndərdiyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, "Gənclik şəhəri" təmsilçisi mövsümün əvvəlində heyətinə qatdığı Nasır Abilayevə qapını göstərib. 21 yaşlı yarımmüdafiəçinin performansı komandanın baş məşqçisi Samir Abasovu qane etməyib.

 

Rusiyalı futbolçu "Sumqayıt"ın heyətində 8 oyun keçirib.

 

"Kimyaçılar" Məhəmməd Qurbanov və Fərhad Qıstarovla da yolları ayırıb. "Sumqayıt" heyətindən daha bir neçə futbolçunu da göndərəcək.

Xəbər xətti