Maskerano qərarını verdi

15:36 - 9 May 2017

Adı Çin və Avropanın digər klubları ilə hallanan “Barselona”nın futbolçusu Xavyer Maskerano yekun qərarını verib.

 

Sportal.az xəbər verir ki, argentinalı müdafiəçi karyerasını Kataloniya klubunda davam etdirəcək.

 

Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Futbolçunun “Barselona”dan ayrılacağı gözlənilsə də təcrübəli futbolçu komandada qalmaq barədə qərar qəbul edib.

 

Qeyd edək ki, Maskerano “Barselona”da 7-ci mövsümünü keçirir. 32 yaşlı futbolçu bu mövsüm 39 oyuna 1 qol vurub və 4 assist edib.

Xəbər xətti