Runidən ayrılıq iddialarına münasibət

00:05 - 11 May 2017

"Mançester Yunayted"in ulduz futbolçusu Ueyn Runi komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard "qırmızı şeytanlar"dan ayrılmaq istəmədiyini söyləyib: "Artıq 13 ildir "Mançester Yunayted"də çıxış edirəm. Komandada qalmaq istəyirəm. Baxmayaraq ki, bu mövsüm çox şans qazanmamışam. Amma komandama kömək etmək istəyirəm".

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə keçmişdi.

Xəbər xətti