"Arsenal"dan səfər qələbəsi VİDEO

01:33 - 11 May 2017

İngiltərə Premyer Liqasında təxirə salınmış oyunlardan biri baş tutub.

 

Sportal.az xəbər verir ki, "Arsenal" səfərdə "Sauthempton"un qonağı olub. "Topçular" çətin səfər qarşılaşmasında 2:0 hesablı qələbə qazanıb.

 

Premyer Liqanın turnir cədvəlinə 84 xalla "Çelsi" başçılıq edir. "Tottenhem" 77 xalla 2-cidir. "Arsenal" 66 xalla 5-ci, "Sauthempton" isə 42 xalla 10-cu yerdə qərarlaşıb.

 

"Sauthempton" 0 - 2 "Arsenal"

Qollar: Sançes, 60, Jiru, 83

 

Xəbər xətti