"Zirə"dən ayrılan futbolçu "Kəpəz"də

14:47 - 11 May 2017

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
 

Sportal.az xəbər verir ki, “sarı-göylər”  müdafiə xəttini gücləndirib. Gəncə klubu "Zirə" klubundan ayrılan Tural Cəlilovla müqavilə imzalayıb. Bu barədə məlumatı futbolçunun özü saytımızda açıqlamasında söyləyib. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Tural Cəlilov "Zirə"nin heyətində bu mövsüm 12 oyunda şans qazanıb. 


“Kəpəz” bundan öncə müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovu da transfer etmişdi.

 

Əyalət klubu Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevin müqaviləsinin müddəti artırılmışdı.

Qeyd edək ki, Gəncə təmsilçisi Tural Axundov, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Tadas Simaitis, Eyyub Əliyev və Tural Nərimanovla yolları ayırıb.

Xəbər xətti