Vüqar Bəybalayev: "Kəpəz"də komandanın oyununa uyğunlaşmaqda çətinlik çəkdim"

"Kəpəz"də hər şey yaxşı idi. İstər kollektivlə, istər məşqçilər korpusu, istərsə də rəhbərliklə yaxşı münasibətimiz var idi. Ancaq "Kəpəz"də komandanın oyununa uyğunlaşmaqda çətinlik çəkdim və özümü yaxşı tərəfdən göstərə bilmədim".

 

Bu fikirləri Sportal.az-a verdiyi açıqlamada "Kəpəz"dən "Sumqayıt"a transfer olan Vüqar Bəybalayev deyib. Gənc yarımmüdafiəçi yeni komandasında potensialını göstərə biləcəyinə inanır:

 

"Futbolda belə şeylərin çox şahidi olmuşuq. Futbolçu hansısa klubda öz oyununu tapa bilmir, başqa klubda isə özünü yaxşı göstərir. Mən də düşündüm ki, "Sumqayıt"da öz potensialımı aça bilərəm. Buna görə də bu komandanı seçdim. Sumqayıtda doğulmağımın və bu şəhərdə yaşamağımın da seçimimdə rolu oldu. Doğma şəhərimin komandasında oynamaq istəyirəm".

 

24 yaşlı futbolçu "Sumqayıt"da əsas heyətə düşmək üçün çalışacağını söyləyib:

 

"Oyunumun necə alınacağını zaman göstərəcək. Amma özümü yaxşı tərəfdən göstərə biləcəyimə inanıram. Bunun üçün də əlimdən gələni edəcəm. "Sumqayıt"ın çox geniş heyəti var. Əsas heyətə düşmək çətin olacaq. Ancaq şans qazanmaq üçün məşqlərdə əlimdən gələnin ən yaxşısını etməyə çalışacam".

Tarix: 13 May [17:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio