"Mançester Siti"nin futbolçusu İspaniyaya qayıda bilər

00:30 - 17 May 2017

"Mançester Siti"nin hücumçusu Nolito yayda İspaniyaya qayıda bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb. 30 yaşlı futbolçunu La Liqa təmsilçisi "Real Betis" icarəyə götürmək istəyir.

 

Nolito cari mövsüm Premyer Liqada 19 oyuna 4 qol vurub.

 

İspaniya millisinin üzvü "Mançester Siti"yə "Selta"dan keçmişdi.

Xəbər xətti