Sabiq "Neftçi"li "Benfika" yolunda

"Benfika" cari mövsüm "Eştoril" klubunda çıxış edən Aylton Silvaya "elçi düşüb".

 

Sportal.az xəbər verir ki, bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, cari mövsüm Portuqaliya çempionu adını qazanan komanda 22 yaşlı müdafiəçinin transferində maraqlıdır. Artıq Lissabon klubu Ayltonun müqavilə ilə məxsus olduğu "Fluminense" klubu ilə danışaqlara start verib.

 

Qeyd edək ki, Aylton ötən mövsüm icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub.

Tarix: 17 May [12:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2017
22  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio