"Trabzonspor" Ramil Şeydayevi heyətdə düşünmür

10:24 - 18 May 2017

Türkiyənin "Trabzonspor" klubu icarəyə verdiyi oyunçuları heyətdə düşünmür.

 

Sportal.az xəbər verir ki, "bordo-mavililər" mövsümün sonunda icarə müqaviləsi başa çatan futbolçuları transferlərdə istifadə edəcək. Trabzon təmsilçisi "Osmanlıspor", "Konyaspor" və "Alanyaspor"dan istədiyi futbolçuların əvəzinə pul və icarə müqavilələri başa çatan oyunçuları təklif edəcək.

 

"Trabzonspor"un çalışdırcısı Ərsun Yanal qış fasiləsində "Jilina"ya 1,5 illik icarəyə verilən Ramil Şeydayevi heyətdə düşünmür. Millimizin üzvünün icarə müddəti başa çatdıqdan sonra komandadan ayrılacağı dəqiqdir.

 

Ramil Şeydayev Slovakiya çempionatında 10 oyun keçirib və 3 qol vurub.

Xəbər xətti