"Qarabağ"da növbəti ayrılıq

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”da növbəti ayrılıq baş tutub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu qolkiperi Halit Oğuzhanla yollarını ayırıb. Bu barədə məlumatı türkiyəli əlcək sahibi öz şəxsi sosial şəbəkə hesabında verib:

 

“Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdır. Qılıncın hər zaman iti olsun, “Qarabağ”.

 

Qeyd edək ki, Oğuzhan daha çox “Qarabağ”ın əvəzedici komandasında çıxış edirdi.

 

"Qarabağ" daha öncə Boyan Şaranov və Vüqar Nadirovla da yolları ayırıb.

Tarix: 18 May [11:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2017
23  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio