Premyer Liqa klubunda baş məşqçi istefası

15:50 - 18 May 2017

İngiltərə Premyer Liqasında çıxış edən “Uotford” klubu mövsüm başa çata kimi baş məşqçisi Valter Matsarri ilə yolları ayıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb.

 

İtaliyalı mütəxəssis “Uotford”un sükanı arxasına ötən ilin mayında keçib. “Sarı-qaralar” Premyer Liqada keçirdiyi son 5 oyunu məğlubiyyətlə başa vurub.

 

Qeyd edək ki, "Uotford" Premyer Liqada qalmağı bacarıb.

Xəbər xətti