Kuboklar tribunada veriləcək

UEFA bu mövsümdən etibarən milli və klub yarışlarında finaldan sonrakı təltifetmə və kubok təqdimetmə mərasimlərinin tribunada yox, yenidən meydançada keçirilməsiylə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Avropanın ali futbol qurumunun saytı yayıb. UEFA prezidenti Aleksandr Çeferin bu qərarı belə əsaslandırıb:

 

“Meydança futbolçuların səhnəsidi və uğurlarını burda qeyd etməlidilər. Hazırda olduğu kimi, tribunaya çıxarkən azarkeşlərin müdaxiləsinə məruz qalmamalıdılar”.

 

Xatırladaq ki, UEFA-nın sabiq prezidenti Mişel Platininin quruma rəhbərlik etdiyi dövrdə təltifetmə mərasimlərinin onun futbolçu olduğu dövrdəki kimi, tribunada keçirilməsinə qərar verilmişdi.

- See more at: http://komanda.az/xeber/31979/#sthash.9DNu91fa.dpuf

Tarix: 18 May [19:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio