"Mançester Yunayted"də yeni müqavilə

17:17 - 26 May 2017

"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Luis Antonio Valensiya ilə sözləşmənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Yeni müqaviləyə görə kolumbiyalı yarımmüdafiəçi 2019-cu ilədək Premyer Liqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 31 yaşlı Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. O, meydana çıxdığı 202 qarşılaşmada 14 qol vurmağı bacarıb.

Xəbər xətti