Prosinçeki ilə danışıq aparan klubda baş məşqçi istefası

23:34 - 28 May 2017

Milli komandamızın üzvü Dəniz Yılmzaın şərəfini qoruduğu “Bursaspor” klubunda növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, “yaşıl timsahlar”ın baş məşqçisi Adnan Örnək istefa verib. O, çempionatın sonuna 1 tur qalmış, “Gənclərbirliyi”nə məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb. Gənc mütəxəssis “beİN Sports”a verdiyi açıqlama zamanı göz yaşlarını da saxlaya bilməyib:

 

“Bursa mənim doğulduğum, böyüdüyüm şəhərdi. Əlimdən gələni etdim, amma alınmadı. Düşünürəm ki, komandanı şokdan çıxarmaq üçün yeni baş məşqçi lazımdır. Mən bacarmadım, burda olduğum 4 həftədə heç nə edə bilmədim. Prezidentlə danışıb, komandadan gedəcəm”.

 

Qeyd edək ki, “Bursaspor”  millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıq aparır. Onun yeni mövsümdən “Bursaspor” “sükanı arxası”na keçəcəyi gözlənilir.

Xəbər xətti